Laçın balı: subalp və alp çəmənliklərinin balı
Bal Kamal-ın hekayəsi: Laçında arıçı ailəsində başlayan yol, subalp və alp çəmənliklərindən toplanan bal.
Laçından gələn bal
Bal Kamal Laçın rayonundan çıxan bir arıçılıq brendidir. Arıçılıq təsərrüfatımızın kökləri Laçın şəhərindəki arıçı ailəsinə gedib çıxır. Arıçılıq bizim üçün ata-baba sənətidir.
Subalp və alp çəmənlikləri
Çiçək balımız may ayında Laçın rayonunun subalp və alp çəmənliklərindəki ilkin dağ və meşə çiçəklərindən toplanır. Dağ çəmənliklərinin çiçək müxtəlifliyi balın dadına və ətrinə təsir edir.
Sənətdən brendə
2006-cı ildə atasının vəfatından sonra Kamal Allahverdiyev bu sənəti tək davam etdirdi, 2016-cı ildən isə «Bal Kamal» brendi altında peşəkar fəaliyyətə başladı. Brend 2023-cü ildə Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçib. Hazırda 110 arı ailəmiz var.
Nələr təklif edirik
Süzmə bal (çiçək, cökə, yaylaq), şan bal və krem bal kimi məhsulları onlayn mağazamızdan sifariş edə bilərsiniz. Ölkə daxilində çatdırılma ödənişsizdir.
Məhsullarımıza baxın: Çiçək balı · Yaylaq balı · Haqqımızda